“Benfika” Prestianninin Vinisiusa qarşı irqçi təhqirləri etiraf etməsi ilə bağlı şayiələri təkzib edib

26 Fevral 2026 23:02
101
“Benfika” Prestianninin Vinisiusa qarşı irqçi təhqirləri etiraf etməsi ilə bağlı şayiələri təkzib edib

“Benfika” rəsmi saytında yarımmüdafiəçi Canluka Prestianninin komanda yoldaşlarına “Real Madrid”in cinah oyunçusu Vinisius Juniora qarşı irqçi təhqir etdiyini etiraf etməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

İdman.Biz xəbər verir ki, braziliyalıya qarşı iddia edilən irqçi hadisə komandaların Çempionlar Liqasının pley-off mərhələsindəki ilk oyununda (0:1) baş verib.

“Benfika” Futbol Klubu Prestianninin komandaya və ya klub rəhbərliyinə “Real Madrid”in oyunçusu Vinisius Juniora qarşı irqçi təhqir etdiyini bildirməsi ilə bağlı məlumatı qəti şəkildə təkzib edir.

Daha əvvəl xəbər verildiyi kimi, oyunçu “Real Madrid”ə qarşı matç zamanı baş verən hadisəyə görə komanda yoldaşlarından üzr istəyib və hadisənin miqyası və nəticələrinə görə təəssüfləndiyini bildirib. Oyunçu həmçinin əvvəldən etdiyi kimi, irqçi olmadığını da təkrarlayıb”, - deyə Lissabon komandası bəyanatda bildirib.

İdman.Biz