“Mançester Yunayted” Kazemironu La Liqa oyunçusu ilə əvəz etmək istəyir

26 Fevral 2026 23:48
41
“Mançester Yunayted” Kazemironu La Liqa oyunçusu ilə əvəz etmək istəyir

“Mançester Yunayted” “Vilyarreal”ın yarımmüdafiəçisi Pap Geyeni izləyir.

“Qırmızı şeytanlar” 27 yaşlı futbolçunu bu yay klubdan ayrılacaq Kazemironun əvəzedicisi kimi nəzərdən keçirirlər.

İdman.Biz bu barədə Footmercato-ya istinadən xəbər verir.

Mənbənin məlumatına görə, seneqallı yarımmüdafiəçi 2026-cı il Dünya Kubokunda yaxşı çıxış edərsə, maraqlarını daha da artıra bilər.

Geye bu mövsüm bütün yarışlarda 28 oyunda meydana çıxıb, üç qol vurub və bir məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 20 milyon avrodur.

İdman.Biz