Prestianni “Benfika” oyunçularına Vinisiusa “meymun” dediyini etiraf edib

26 Fevral 2026 22:16
112
Prestianni “Benfika” oyunçularına Vinisiusa “meymun” dediyini etiraf edib

“Benfika”nın hücumçusu Canluka Prestianni komanda yoldaşlarına pley-off mərhələsinin ilk oyununda “Real Madrid”in cinah oyunçusu Vinisius Junioru “meymun” adlandırdığını etiraf edib.

İdman.Biz bu barədə “Correio da Manhã” qəzetinə istinadən bildirir.

Mənbənin qeyd etdiyi kimi, argentinalı futbolçu çıxışlarında irqçi kontekstin olmamasını vurğulamaq üçün bir neçə arqument gətirdi.

Vinisius Prestiannini onu “meymun” adlandırmaqda günahlandırdıqdan sonra oyun ikinci hissədə dayandırılıb. Argentinalı futbolçu həmin vaxt ağzını köynəyi ilə örtüb.

UEFA argentinalı yarımmüdafiəçini “Real Madrid”in cinah oyunçusuna qarşı irqçi təhqir iddiası ilə müvəqqəti olaraq diskvalifikasiya edib. Təşkilat hazırda hadisəni araşdırır.

İdman.Biz