Viktor Osimhen: “Futbolçuların 90%-i “Yuventus”da oynamaq istəyir”

25 Fevral 2026 07:15
271
Viktor Osimhen: “Futbolçuların 90%-i “Yuventus”da oynamaq istəyir”

Son illərdə dəfələrlə “Yuventus”a keçməsi ilə bağlı xəbərlər yayılan “Qalatasaray”ın hücumçusu Viktor Osimhen Turin klubunda oynamağın şərəf olduğunuı bildirib.

İdman.Biz xəbər verir ki, komandalar fevralın 25-də Çempionlar Liqasının pley-off mərhələsinin ikinci oyununda qarşılaşacaqlar.

“Yuventus” zəngin tarixə malik ən böyük klublardan biridir və bir çox əfsanə orada oynayıb. Orada oynamaq şərəf olardı. Mən “Qalatasaray”da xoşbəxtəm, amma gələcəkdə nə olacağını heç vaxt bilmirsən. Dünya futbolçularının 90%-i “Yuventus”da oynamaq istərdi”, - “Corriere dello Sport” Osimhendən sitat gətirir.

Ötən yay “Qalatasaray” hücumçunu “Napoli”dən 75 milyon avroya alıb.

İdman.Biz