“Fənərbağça” öz meydançasında heç-heçə edərək lider olmaq şansını əldən verib - VİDEO

23 Fevral 2026 23:26
103
“Fənərbağça” öz meydançasında heç-heçə edərək lider olmaq şansını əldən verib

Türkiyə Superliqasında 23-cü tura yekun vurulub.

İdman.Biz bildirir ki, turun son matçında “Fənərbağça” “Kasımpaşa”nı qəbul edib.
Matç 1:1 hesabı ilə bitib.

Oyunda hesabı 90+5-ci dəqiqədə Marko Asensio açıb. 90+11-də “Kasımpaşa”lı Cim Allevina hesabı bərabərləşdirib.

Beləliklə, “Fənərbağça” 23 oyundan 53 xalla ikinci yerdə qərarlaşıb.

Lider “Qalatasaray”ın 55 xalı var. “Kasımpaşa” 20 xalla 16-cı yerdədir.

İdman.Biz