“Qarabağ”ın Neapolda “Napoli”yə qarşı keçirdiyi oyunu izlədim. Meydanda yaxşı təşkilatlanmış, sürətli və texniki baxımdan bacarıqlı futbolçulardan ibarət komanda gördüm. Heyətlərində çox keyfiyyətli legionerlər var idi və onlar A Seriya klubuna qarşı da yaxşı oyun nümayiş etdirdilər”.
Bu sözləri Braziliya millisinin və İtaliyanın “Napoli” klubunun sabiq futbolçusu Kareka komandasının UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”la keçirdiyi oyun (2:0) ilə bağlı danışarkən deyib.
Veteran hücumçu Azərbaycan təmsilçisinin intizamlı oyun nümayiş etdirdiyini vurğulayıb.
“Qarabağ” həmin matçda sürətli əks-hücumlara çıxmağa çalışan, topa nəzarəti itirdikdən sonra isə tez toparlanan komanda təsiri bağışladı. Belə rəqiblərə qarşı oynamaq heç vaxt asan olmur. “Napoli”nin qələbəsinə baxmayaraq, meydanda yaxşı mübarizə getdi”, - deyə o, AZƏRTAC-a açıqlamasında bildirib.
Qeyd edək ki, Kareka Braziliya millisinin heyətində 64 oyunda 30 qolla yadda qalıb, yığmanın heyətində Amerika Kubokunun qalibi olub. O, “Napoli”nin forması İtaliya çempionu, ölkə kuboku və UEFA Kubokunu qazanıb.
