“Atletiko” Madridin argentinalı baş məşqçisi Dieqo Simeone “İnter” klubu ilə danışıqlar aparır.
İdman.Biz-in məlumatına görə, bu barədə “El Chiringuito” nəşri xəbər yayıb.
Mənbənin bildirdiyinə əsasən, tərəflər əməkdaşlıqla bağlı ilkin razılığa gəliblər. 55 yaşlı mütəxəssisin cari mövsüm başa çatdıqdan sonra İtaliya klubuna rəhbərlik etməsi mümkündür.
Qeyd edək ki, Simeone 2011-ci ilin dekabrından “Atletiko”nu çalışdırır və onun klubla müqaviləsi 2027-ci ilin iyun ayının sonunadək qüvvədədir.
