Xviça Kvaratsxeliya “GQ France” jurnalının onu ilin adamı elan etməsinə münasibət bildirib

19 Noyabr 2026 10:23
37
Xviça Kvaratsxeliya “GQ France” jurnalının onu ilin adamı elan etməsinə münasibət bildirib

PSJ-nin gürcüstanlı hücumçusu Xviça Kvaratsxeliya məşhur fransız “GQ France” jurnalının 2026-cı il “İlin kişisi” (Men of the Year 2026) mükafatına layiq görülməsinə münasibət bildirib. Nəşrin rəsmi saytı daha əvvəl gürcüstanlı futbolçunu 2026-cı ilin adamı elan edib.

İdman.Biz xəbər verir ki, Kvaratsxeliya mükafatlandırma mərasimindən sonra fikirlərini bölüşüb.

“Bu, mənim üçün böyük şərəfdir. PSJ-də komanda yoldaşlarımla birlikdə möhtəşəm mövsüm keçirdim və bununla fəxr edirəm. Düşünürəm ki, onların dəstəyi olmadan buna nail olmaq mümkün olmazdı. Bu mükafatı qazanmağıma kömək edən həm özümlə, həm də komanda yoldaşlarımla həqiqətən fəxr edirəm”, – deyə o bildirib.

Qeyd edək ki, 1996-cı ildən təqdim olunan mükafat idman, kino, musiqi, moda və mədəniyyət sahələrində mühüm nailiyyətlər əldə edən və cəmiyyətə təsir göstərən şəxslərə verilir.

Kvaratsxeliya ilə yanaşı, Fransanın MMA döyüşçüsü Salahdin Parnas da GQ France jurnalının 2026-cı il üzrə mükafatına layiq görülüb.

İdman.Biz