Azərbaycan minifutbol millisi Avropada ikinci yerdədir - FOTO

19 Noyabr 2026 11:09
45
Azərbaycan minifutbol millisi Avropada ikinci yerdədir - FOTO

Minifutbol üzrə Azərbaycan milli komandası Avropa reytinqində ikinci pillədə qərarlaşıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Minifutbol Federasiyasından məlumat verilib.

Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv Avropa Minifutbol Federasiyasının açıqladığı siyahıda 1480 xalla ikinci sırada yer alıb.

Reytinqə 1515 xalla Serbiya başçılıq edir. Rumıniya isə 1200 xalla üçüncü pillədə qərarlaşıb.

İdman.Biz