Kalulunun “İnter”lə oyundakı diskvalifikasiyası ləğv edilməyib

21 Fevral 2026 01:02
111
Kalulunun “İnter”lə oyundakı diskvalifikasiyası ləğv edilməyib

İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina “Yuventus”un müdafiəçisi Pyer Kalulunun cəzasının ləğv edilməsini rədd edib.

İdman.Biz bu barədə “Sky Sport Italia”ya istinadən xəbər verir.

Nəşrin məlumatına görə, Turin klubu federasiya məhkəməsinə apellyasiya şikayəti verib və rədd cavabından sonra birbaşa Qravinaya müraciət edib, lakin yenidən rədd cavabı alıb. Fransız futbolçu “Leççe” ilə oyunu buraxacaq.

Kalulu A Seriyasının 25-ci turunda “İnter”in müdafiəçisi Alessandro Bastoniyə qarşı kobud hərəkətə görə ikinci sarı vərəqə alıb. Oyun “qara-mavilər”in 3:2 hesablı qələbəsi ilə başa çatıb. Daha sonra A Seriyasının hakimlər üzrə sədri Canluka Rokki “Yuventus”un müdafiəçisini meydandan qovmaq qərarının səhv olduğunu etiraf edib.

İdman.Biz