Futbol dünyası yeni bir möcüzəyə şahidlik edib. Niderlandın “Ayaks” futbol komandasının gənc istedadı Mika Qodts vurduğu qolla əfsanəvi ulduzlar Lionel Messi və Dieqo Maradonanı kölgədə qoyub.
İdman.Biz xəbər verir ki, “NAC Breda” - “Ayaks” qarşılaşmasında gənc vunderkind meydanın mərkəzindən topu götürərək rəqib müdafiəçilərini bir-bir geridə qoyub və qapıçını da aldadaraq topu tora qovuşdurub.
https://t.me/idmanvideo/4818
Bu fərdi reyd azarkeşlər və mütəxəssislər tərəfindən futbol tarixinin ən gözəl qollarından biri kimi qiymətləndirilib.
Xatırladaq ki, 20 yaşlı hücumçu cari mövsümdə göstərdiyi performansla bir çox Avropa nəhənglərinin diqqət mərkəzinə düşməyi bacarıb.
