Seriya A: “Verona” məğlubiyyət seriyasına son qoyub - YENİLƏNİB + VİDEO

26 Aprel 2026 00:50
1 160
Seriya A: “Verona” məğlubiyyət seriyasına son qoyub - YENİLƏNİB + VİDEO

İtaliya A seriyasının 34-cü turunda “Verona” öz meydanında “Leççe”ni qonaq edib. Qarşılaşma komandaların xalları yarı bölməsi ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, doxsan dəqiqə ərzində tərəflərdən heç biri fərqlənə bilməyib. Hakim matçın sonunda tabloda sıfırların dəyişməz qaldığını qeydə alıb.

Bu nəticə ilə “Verona” İtaliya çempionatındakı beş oyunluq məğlubiyyət seriyasını qırıb. On doqquz xal toplayan komanda turnir cədvəlinin on doqquzuncu pilləsində qalmaqda davam edir. İyirmi doqquz xala malik “Leççe” isə on yeddinci sıraya yüksəlib.

Qeyd edək ki, otuz beşinci turda, mayın üçüncü günü “Verona” səfərdə Turin təmsilçisi “Yuventus”un qonağı olacaq. “Leççe” isə mayın birinci günü səfərdə “Piza” ilə üz-üzə gələcək.

22:16

İtaliya A Seriyasının 34-cü turunda “Roma” səfərdə “Bolonya”nın qonağı olub. Qarşılaşma qonaqların 2:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, matçın yeddinci dəqiqəsində Doniell Malen hesabı açıb. Birinci hissəyə əlavə olunmuş vaxtda isə Neyl Əl-Aynaui rəqib qapısına yol taparaq komandasının üstünlüyünü artırıb. Hər iki futbolçu vurduqları qolla yanaşı, həm də məhsuldar ötürmə müəllifi olublar.

Bu qələbədən sonra “Roma” xallarının sayını 61-ə çatdıraraq turnir cədvəlində beşinci yerə yüksəlib. “Bolonya” isə 48 xalla səkkizinci pillədə qərarlaşıb.

Günün digər oyununda “Parma” öz meydanında “Piza”nı minimum hesabla üstələyib - 1:0.

İdman.Biz