İngiltərə Kuboku: “Mançester Siti” finala yüksəlib - VİDEO

25 Aprel 2026 22:24
141
İngiltərə Kuboku: “Mançester Siti” finala yüksəlib - VİDEO

“Mançester Siti” futbol komandası İngiltərə Kubokunun yarımfinalında “Sauthempton” ilə üz-üzə gəlib. Londondakı “Uembli” stadionunda keçirilən görüş “şəhərlilər”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, oyunun 79-cu dəqiqəsində Finn Azaz hesabı açaraq “müqəddəslər”i önə keçirib. Lakin 83-cü dəqiqədə Jeremi Doku tarazlığı bərpa edib, 87-ci dəqiqədə isə Niko Qonsales qələbə qoluna imza atıb.

“Mançester Siti” finalda “Çelsi” - “Lids Yunayted” cütünün qalibi ilə qarşılaşacaq.

Bu turnirdə ən çox qələbə qazanan komanda “Arsenal”dır (14 dəfə). İkinci pillədə “Mançester Yunayted” (13 dəfə), üçüncü yerdə isə hərəyə səkkiz qələbə ilə “Liverpul”, “Tottenhem” və “Çelsi” qərarlaşıb.

İdman.Biz