“Neftçi” - “Qarabağ” qarşılaşmasında ədaləti Tural Qurbanov qoruyacaq

25 Aprel 2026 23:47
158
“Neftçi” - “Qarabağ” qarşılaşmasında ədaləti Tural Qurbanov qoruyacaq

Misli Premyer Liqasında 29-cu turun dörd oyununun təyinatları açıqlanıb.

İdman.Biz xəbər verir ki, azarkeşlərin diqqətlə gözlədiyi "Neftçi" - "Qarabağ" görüşündə ədaləti Tural Qurbanov qoruyacaq.

Qarşılaşmanın VAR hakimi isə Rauf Cabarov olacaq.

Misli Premyer Liqası
Üçüncü dövrə, 29-cu tur
26 aprel
16:00. "Şamaxı" – "Kəpəz"

Hakimlər: Rəşad Əhmədov, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Kamran Əliyev
VAR: Emin Əliyev
AVAR: İnqilab Məmmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Şamaxı şəhər stadionu

19:00. "Neftçi" – "Qarabağ"
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
"Palms Sports Arena"

27 aprel
18:00. "Turan Tovuz" – "Zirə"

Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Şirmamed Mamedov, Elvin Bayramov
VAR: Fərid Hacıyev
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tovuz şəhər stadionu

20:00. "Sabah" – "Karvan-Yevlax"
Hakimlər: Kamranbəy Rəhimov, Rəhman İmami, Kərim Zeynalov, İslam Məmmədov
VAR: Əli Əliyev
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Elman Musayev
"Bank Respublika Arena"

İdman.Biz