Türkiyədə federasiya futbolçuların həyatını təhlükəyə atdı - VİDEO

26 Aprel 2026 02:53
378
Türkiyədə federasiya futbolçuların həyatını təhlükəyə atdı - VİDEO

Türkiyənin Regional Həvəskarlar Liqasında mübarizə aparan “Hakkari Zapspor” komandası “Doğubayazıt” klubu ilə qarşılaşmaq üçün çıxdığı səfər yolunda böyük çətinliklərlə üzləşib. Ağır hava şəraiti və yolların bağlı olması səbəbindən futbolçuların sağlamlığının təhlükəyə atıldığı görüntülər yayılıb.

İdman.Biz xəbər verir ki, bu gün baş tutacaq oyun öncəsi “Hakkari Zapspor” təxminən bir həftədir davam edən qar yağışı səbəbindən matçın təxirə salınmasını xahiş edib. Lakin Türkiyə Futbol Federasiyası (TFF) bu müraciəti qəbul etməyib.

Nəticədə “Hakkari Zapspor” heyəti Doğubayazıtın keçilməz yollarını piyada qət etmək məcburiyyətində qalıb. İdmançıların qarlı aşırımları piyada keçdiyi anlar sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

İdman.Biz