Asiya Futbol Konfederasiyasının (AFK) Elit Çempionlar Liqasının 2025/2026 mövsümünün final oyunu baş tutub. Səudiyyə Ərəbistanının “Ciddə” şəhərindəki “Kral Abdulla İdman Şəhəri” stadionunda keçirilən həlledici matçda yerli “Əl-Əhli” Yaponiya təmsilçisi “Matida Zelviya” ilə üz-üzə gəlib. Görüş Səudiyyə Ərəbistanının “Əl-Əhli” futbol komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İdman.Biz xəbər verir ki, qarşılaşmanı özbəkistanlı baş hakim İlqiz Tantaşev idarə edib. Dramatik keçən oyunun 68-ci dəqiqəsində “Əl-Əhli”nin üzvü Zakariya Hausaui qırmızı vərəqə alaraq meydandan qovulub. Matçın 90+6-cı dəqiqəsində isə Məhəmməd Əbdülrəhman cəzalandırılaraq azlıqda qalan komandasını doqquz nəfərlə qoyub.
Oyunun əsas vaxtında qol vurulmasa da, 96-cı dəqiqədə Firas Əl-Buraykan qələbə topuna imza atıb.
Qeyd edək ki, turnirin son qalibi də finalda Yaponiyanın “Kavasaki Frontale” klubunu iki cavabsız qolla üstələyən “Əl-Əhli” olmuşdu. Bu yarışda ən çox çempionluq sevincini isə dörd dəfə ilə Səudiyyə Ərəbistanının digər klubu “Əl-Hilal” yaşayıb.
