Neymar ilin sonuna qədər karyerasını bitirə bilər

20 Fevral 2026 20:30
72
Neymar ilin sonuna qədər karyerasını bitirə bilər

“Santos”un hücumçusu Neymar gələn ilin dekabr ayında peşəkar futboldan ayrılacağını istisna etməyib.

“Bundan sonra nə olacağını bilmirəm. Bəlkə dekabrda karyeramı bitirdim. Görək ürəyim nə deyəcək”, - deyə Neymar “Cazé TV”yə verdiyi müsahibədə bildirib.

İdman.Biz bildirir ki, 34 yaşlı hücumçu 2025-ci ilin yanvar ayından “Santos”da oynayır. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin sonuna qədərdir.

Neymar “Santos”un gənclik sisteminin yetirməsidir. “San Paulo” klubunda olduğu müddətdə Neymar bütün yarışlarda 254 oyun keçirib, 147 qol vurub və 71 məhsuldar ötürmə edib. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 10 milyon avrodur.

İdman.Biz
Məqalədə: