Ceydon Sanço yayda “Mançester Yunayted”i tərk edəcək

20 Fevral 2026 00:46
137
Ceydon Sanço yayda “Mançester Yunayted”i tərk edəcək

“Mançester Yunayted” hücumçu Ceydon Sançonun bu yay başa çatacaq müqaviləsini daha bir il uzatmayacaq.

İdman.Biz bu barədə “The Sun”a istinadən məlumat verir.

Mənbənin məlumatına görə, "Qırmızı şeytanlar" müqaviləsi uzadılacağı təqdirdə Sançonun potensial transferindən pul qazanmaq riskini götürməməyi seçiblər. “qırmızı şeytanlar” 25 yaşlı cinah oyunçusuna daha bir il ərzində həftəlik 200 min dollar ödəmək istəmirlər.

Transfermarkt-ın məlumatına görə, “Mançester Yunayted” Sançonu 2021-ci ilin yayında “Borussiya Dortmund”dan 85 milyon avroya alıb. 2025-ci ilin sentyabrında hücumçu mövsümün sonuna qədər icarə əsasında “Aston Villa”ya keçib. Cinah oyunçusu “mankunianlılar”ın heyətində bütün yarışlarda 83 oyun keçirib, 12 qol vurub və altı məhsuldar ötürmə edib.

İdman.Biz