Məşqçi “Tottenhem” haqqında: “Həftədə 150 min funt sterlinq qazanırsan, niyə işə can yandırmırsan?”

20 Fevral 2026 00:26
127
Məşqçi “Tottenhem” haqqında: “Həftədə 150 min funt sterlinq qazanırsan, niyə işə can yandırmırsan?”

Məşhur ingilis məşqçisi Sem Ellardays “Tottenhem Hotspur”un oyunçularını cari Premyer Liqa mövsümündəki nəticələrinə görə tənqid edib.

İdman.Biz xəbər verir ki, 26 Premyer Liqa oyunundan sonra “Tottenhem”in 29 xalı var və turnir cədvəlində 16-cı yerdədir.

“Ümid edirik ki, oyunçular meydana çıxıb öz dəyərlərini sübut edəcəklər. Həftədə 150.000 funt sterlinq qazandığınız halda niyə 100%-lik oyun göstərmirsiniz? “Tottenhem”də sizə ən yaxşı yemək və ölkənin ən yaxşı imkanlarından biri verilir, siz isə isşə 110% can qoymursunuz? Əgər etməsəniz, klubdan qovulmalısınız”, - deyə “Sky Sports” Ellardaysdan sitat gətirib.

İdman.Biz