Dünyanın 1-ci raketkası Karlos Alkaras və reytinqdə 2-ci Yannik Sinner Dohada keçirilən ATP-500 turnirində iştirak etdikləri üçün böyük məbləğdə mükafatlar alıblar.
İdman.Biz-in La Gazzetta dello Sport-a istinadən verdiyi məlumata görə, hər iki tennisçi gəliş və yarışda iştirak üçün təxminən 1,2 milyon dollar qazanıb. Hətta turnirin qalibi də bundan xeyli az - 529.945 dollar mükafat alacaq.
Mənbənin məlumatına görə, turnir sahibləri yarışa marağı artırmağa və nəticədə onu “Master”s turniri kimi təyin etməyə çalışırlar.
