Fransalı tennisçinin mərc oyunlarında iştirakına dair şübhələr yaranıb

5 Fevral 2026 14:28
121
Fransalı tennisçinin mərc oyunlarında iştirakına dair şübhələr yaranıb

Dünya reytinqində 38-ci pillədə qərarlaşan fransalı tennisçi Uqo Ember Monpelyedə keçirilən turnirdəki hərəkətləri onun mərc oyunlarına mübtəla olduğunu deməyə əsas yaradıb.

İdman.Biz xəbər verir ki Uqo Ember həmvətəni= Adrian Mannarino ilə matç zamanı, həlledici tay-breykdə, 4:3 hesabı ilə öndə olarkən qəfil oyunu dayandıraraq telefonuna baxıb.

Məhz bundan sonra fransalı tennisçi ardıcıl dörd xal itirib.

Nəticədə U.Ember görüşü uduzaraq turnirlə vidalaşıb.

İdman.Biz
Məqalədə: