Karlos Alkaras rəqiblərinə şans vermədən yarımfinala yüksəldi

19 Noyabr 2026 05:04
45
Karlos Alkaras rəqiblərinə şans vermədən yarımfinala yüksəldi

Dünyanın üçüncü raketkası Karlos Alkaras İtaliyanın Turin şəhərində keçirilən ATP-nin Yekun Turnirində yarımfinala yüksəlib.

İdman.Biz xəbər verir ki, 23 yaşlı ispaniyalı tennisçi qrup mərhələsinin ikinci turunda rusiyalı Daniil Medvedevi 6:2, 6:4 hesabı ilə məğlub edib.

Alkaras 72 dəqiqə davam edən qarşılaşmada rəqibinə heç bir setdə üstünlük qazanmağa imkan verməyib. Bununla da o, turnirdə ardıcıl ikinci qələbəsini əldə edib.

İspaniyalının yarımfinala vəsiqəsi Frensis Tiafo ilə Flavio Kobolli arasında keçirilən görüşdən sonra rəsmiləşib. Amerikalı tennisçi həmin qarşılaşmada 7:6 (8:6), 6:0 hesabı ilə qalib gəlib.

Alkaras qrup mərhələsinin son turunda Kobolli ilə üz-üzə gələcək.

Qeyd edək ki, yeddiqat “Böyük dəbilqə” turnirlərinin qalibi ötən il ATP-nin Yekun Turnirinin finalında Yannik Sinnerə uduzub. Bu il yarış noyabrın 15-dən 22-dək Turində keçirilir.

İdman.Biz