Məhşur idman kanalının aparıcısı belaruslu tennisçini təhqir edib - VİDEO

10 Noyabr 2026 16:00
31
Məhşur idman kanalının aparıcısı belaruslu tennisçini təhqir edib - VİDEO

Dünyaca məhşur “beIN Sports” idman telekanalında şərhçi işləyən Matye Solye belaruslu tennisçi Arina Sabalenkanın ünvanına təhqiramiz ifadələr işlədib.

İdman.Biz xəbər verir ki, hadisə Qadın Tennis Assosiasiyasının təçkil etdiyi turnirdə Arina Sabalenkanın Karolina Muxova ilə oyunundan əvvəl baş verib.

Şərhçi efirdə olmadığını düşünərək tennisçinin xarici görünüşü barədə nalayiq sözlər deyib. Həmin anın görüntüləri sosial şəbəkələrdə yayılıb.

Telekanalın rəhbərliyi şərhçinin davranışını pisləyib və idmançıdan üzr istəyib. Bildirilib ki, məsələ ilə bağlı onunla danışılacaq.

Qeyd edək ki, Sabalenka Muxovanı 7:6 (7:2), 7:5 hesabı ilə məğlub edib.

İdman.Biz