Dünyanın ikinci raketkası, beşqat “Böyük dəbilqə” turniri çempionu Yannik Sinner “Milan”ın keçmiş kapitanı Paolo Maldini ilə ortaq cəhətləri barədə danışıb.
İdman.Biz “Sky Sport”a istinadən xəbər verir ki, italiyalı tennisçi bu suala əvvəlcə zarafatla cavab verib:
“Ortaq cəhətimiz nədir? Hazırda ikimizin də dizləri o qədər də yaxşı vəziyyətdə deyil (gülür). Zarafatı bir kənara qoysaq, düşünürəm ki, həyat bütövlükdə seçimlərdən ibarətdir. Biz hər zaman idmanı birinci yerə qoymuşuq”.
Maldini də Sinnerin fikirlərinə qoşularaq peşəkar idmanın tələb etdiyi qurbanlardan söz açıb:
“Təəssüf ki, belədir. Çünki bəzən müəyyən şeylərdən imtina etməli olursan və hətta yaxın insanların da bundan əziyyət çəkə bilər. Amma düşünürəm ki, müəyyən səviyyədə idmanla məşğul olmaq üçün bunu etməlisən - prioritetlərini müəyyənləşdirməlisən”.
