Quluzadə mövsümə birinciliklə start verdi

8 Fevral 2026 20:01
97
Quluzadə mövsümə birinciliklə start verdi

Azərbaycanın gənc stolüstü tennisçisi Onur Quluzadə yeni mövsümə uğurlu nəticə ilə başlayıb.

İdman.Biz xəbər verir ki, “WTT Youth Star Contender Tunis 2026” yarışında bacarığını göstərən istedadlı idmançı, U-15 yaş dərəcəsində baş mükafata layiq görülüb.

Seçmə komandanın üzvü, Tunisin eyni adlı paytaxtında keçirilən turnirin qoşa yarışlarında almaniyalı həmkarı Vanq Lukasla birgə bütün oyunları qələbə ilə başa vuraraq 1-ci yeri tutub.

Qeyd edək ki, şəxsi mübarizədə də inamla çıxış edən stolüstü tennisçi yarımfinal mərhələsinə yüksəlməklə ən azı bürünc mükafatı təmin edib.

İdman.Biz