“Australian Open – 2026”nın qalibinin nə qədər qazandığı məlum olub

1 Fevral 2026 08:11
285
“Australian Open – 2026”nın qalibinin nə qədər qazandığı məlum olub

İkiqat “Böyük Dəbilqə” çempionu, Qazaxıstan tennisçisi Yelena Rıbakina 2026-cı il Avstraliya Açıq Çempionatında qalib gələrək 2 milyon 905 min dollar qazanıb.

İdman.Biz bildirir ki, finalda o, dünyanın bir nömrəli tennisçisi belaruslu Arina Sabalenkanı məğlub edib.

Bu, 26 yaşlı Rıbakinanın karyerasının ən böyük mükafat məbləği deyil. 2025-ci il WTA Finalında Rıbakina bütün beş matçda qalib gələrək 5 milyon 235 min dollar qazanıb. İlk “Böyük Dəbilqə” titulu olan “Uimbldon 2022”də Rıbakina 2 milyon 580 min dollar qazanıb.

Turnirin finalçısı Sabalenka 1 milyon 505 min dollar mükafat alıb. Arina ikiqat “Australian Open” çempionudur (2023, 2024).

İdman.Biz