Vinisius və Prestianni ilə bağlı hadisədən sonra FİFA futbolda yeni qayda tətbiq edə bilər

20 Fevral 2026 01:08
116
Vinisius və Prestianni ilə bağlı hadisədən sonra FİFA futbolda yeni qayda tətbiq edə bilər

FİFA “Prestianni Qanunu”nun tətbiqini nəzərdən keçirir.

İdman.Biz-in Marca-ya istinadən məlumatına görə, müvafiq FİFA komitəsi rəqiblərini təhqir edərkən ağızlarını bağlayan oyunçuların cəzalandırılmasını müzakirə edəcək.

“Benfika” və “Real Madrid” (0:1) arasında Çempionlar Liqasının pley-off matçında portuqaliyalıların cinah oyunçusu Canluka Prestianni ilə madridlilərin hücumçusu Vinisius Junior arasında qarşıdurma baş verib. Prestianni ağzını köynəyi ilə bağlayaraq braziliyalı oyunçuya müraciət edib. Matçdan sonra Prestianninin Vinisiusu irqçi şəkildə təhqir etdiyi barədə məlumatlar yayılıb.

İdman.Biz