İspaniya Kubokunun yarımfinalının ilk oyununda “Atletiko” “Barselona”nı darmadağın edib - VİDEO

13 Fevral 2026 02:20
257
İspaniya Kubokunun yarımfinalının ilk oyununda “Atletiko” “Barselona”nı darmadağın edib - VİDEO

“Atletiko Madrid” Kral Kuboku yarımfinalının ilk oyununda “Barselona”nı 4:0 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, oyun Madriddəki “Metropolitano” stadionunda baş tutub.

Altıncı dəqiqədə Erik Qarsiyanın avtoqol vurması sayəsində madridlilər hesabda irəli çıxıblar. “Atletiko” fasiləyə qədər Antuan Qrizmann, Ademola Lukman və Xulian Alvaresin səyləri ilə daha üç qol vurub.

Kataloniyalılar ikinci hissənin əvvəlində bir qol vurublar, lakin VAR ofsayd səbəbindən qolu hesaba almayıb. Qonaqlar sonda on nəfərlə qalıblar, Qarsiya meydandan qovulub.

Cavab oyunu 3 martda Barselonada keçiriləcək.

İdman.Biz