“Çelsi” “Brayton”un qapıçısı Bart Verbrüggen üçün “Bavariya” ilə rəqabət apara bilər.
İdman.Biz TEAMtalk-a istinadən xəbər verir ki, London klubu “qağayılar”a 50 milyon funt sterlinq (57,5 milyon avro) təklif etməyə hazırdır.
Mənbənin məlumatına görə, 23 yaşlı qapıçı bu yay “Brayton”dan ayrılmağa hazırdır. “Çelsi” Robert Sançes üçün rəqabət yaratmaq üçün Verbrüggeni almaqda maraqlıdır. Alman nəhəngi hollandiyalı futbolçunu 39 yaşlı Manuel Noyerin əvəzedicisi kimi görür.
Bu mövsüm Verbrüggen bütün yarışlarda 26 oyunda meydana çıxıb və beş dəfə qapısını toxunulmaz saxlayıb. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 35 milyon avrodur.
