“Mançester Yunayted”in həmsahibi miqrantlar haqqında sözlərinə görə cəzalandırıla bilər - YENİLƏNİB

13 Fevral 2026 00:46
162
“Mançester Yunayted”in həmsahibi miqrantlar haqqında sözlərinə görə cəzalandırıla bilər

İngiltərə Futbol Assosiasiyası (FA) əvvəllər Böyük Britaniyadakı miqrant problemi barədə danışan “Mançester Yunayted”in həmtəsisçisi Cim Retkliff haqqında araşdırma başladıb.

İngilis iş adamı ölkənin immiqrantlar tərəfindən müstəmləkə edildiyini vurğulayıb.

Mənbəyə görə, FA Retkliffin açıqlamalarının futbolun nüfuzuna xələl gətirib-gətirmədiyini müəyyən etmək niyyətindədir. Günahkar bilinərsə, iş adamı cərimə oluna bilər. Mənbə qeyd edir ki, potensial cərimənin ödənilməsi Retkliff üçün problem yaratmayacaq, lakin onu “utanc verici vəziyyətə” salacaq.

23:40

“Mançester Yunayted” rəsmi saytında həmtəsisçi Cim Retkliffin Böyük Britaniyadakı iqtisadi vəziyyətlə bağlı şərhlərindən sonra ölkənin yüksək immiqrasiya nisbətini vurğulayan bir bəyanat yayımlayıb.

Daha əvvəl mediada klub rəhbərliyinin digər üzvlərinin Retkliffin şərhlərindən qəzəbləndiyi bildirilirdi.

“Mançester Yunayted” açıq və qonaqpərvər bir klub olmaqla fəxr edir. Oyunçularının, işçi heyətinin və qlobal azarkeş bazasının müxtəlif tərkibi Mançesterin - hər kəsin ev adlandıra biləcəyi bir şəhərin tarixini və irsini əks etdirir.

2016-cı ildə bərabərlik təşəbbüsümüzün başlamasından bəri, bu prinsip, müxtəliflik və inklüzivlik prinsipləri ilə birlikdə etdiyimiz hər şeyin əsasını təşkil edir. Biz bu proqramın ruhuna tam sadiq qalırıq. Bu dəyərlər təkcə siyasətimizdə deyil, həm də klub mədəniyyətində təcəssüm olunur”, - “qırmızı şeytanlar”ın açıqlamasında deyilir.

22:39

“Mançester Yunayted”in həmtəsisçisi və transmilli şirkət olan INEOS-un rəhbəri Cim Retkliff Böyük Britaniyanın iqtisadi vəziyyəti ilə bağlı şərhlərini izah edib.

“Doqquz milyon insanın müavinət aldığı və çox sayda immiqrantın olduğu bir iqtisadiyyata sahib olmaq olmaz”, - İdman.Biz Retkliffin sözlərini sitat gətirir.

“Şərhlərimin Böyük Britaniya və Avropadakı bəzi insanları incitdiyinə və narahatlıq doğurduğuna görə dərin təəssüf edirəm. Bununla belə, iqtisadi artımı dəstəkləyən nəzarətli və yaxşı idarə olunan immiqrasiya məsələsini qaldırmaq vacibdir.

Şərhlərim Antverpendə keçirilən Avropa Sənaye Zirvəsində Böyük Britaniya siyasəti ilə bağlı sual-cavab sessiyası zamanı səsləndirildi. Burada Böyük Britaniyada iqtisadi artımın, iş yerlərinin, bacarıqların və istehsalın əhəmiyyətini müzakirə etdim.

Niyyətim hökumətlərin uzunmüddətli rifahın hamı üçün əlçatan olmasını təmin etmək üçün bacarıqlara, sənayeyə və iş yerlərinə investisiyalarla yanaşı miqrasiyanı da idarə etməli olduğunu vurğulamaq idi. Böyük Britaniyanın üzləşdiyi çətinliklər barədə açıq müzakirə aparmağımız vacibdir”, - Retkliff INEOS-un mətbuat xidmətinə bildirib.

İdman.Biz