İngiltərə Premyer Liqası: “Arsenal” “Brentford”la oyunda xal itirib - VİDEO

13 Fevral 2026 02:10
207
İngiltərə Premyer Liqası: “Arsenal” “Brentford”la oyunda xal itirib

İngiltərə Premyer Liqasının 26-cı turunda “Arsenal” “Brentford”la 1:1 hesablı heç-heçə edib.

İdman.Biz bildirir ki, oyun Londondakı “Brentford Community” stadionunda baş tutub.

Komandalar ilk hissədə qol vura bilməyiblər. İkinci hissənin əvvəlində “Arsenal”ın hücumçusu Noni Madueke hesabı açıb. Müdafiəçi Kin Lyuis-Potter 71-ci dəqiqədə bərabərlik qolunu vurub.

Hazırda “Arsenal” Premyer Liqa turnir cədvəlinə 57 xalla başçılıq edir. "Brentford" 40 xalla 7-ci yerdədir.

Növbəti turda “Arsenal” “Vulverhempton”la (18 fevral), “Brentford” isə “Brayton”la (21 fevral) qarşılaşacaq.

İdman.Biz