Messinin oğlundan inanılmaz qol - VİDEO

Xəbərlər
25 Dekabr 2023 11:39
2 678
Messinin oğlundan inanılmaz qol - VİDEO

Ulduz futbolçu Lionel Messinin oğlu Mateo atasını kölgədə qoya bilər.

İdman.biz xəbər verir ki, argentinalı dünya çempionun 8 yaşlı oğlu diqqət mərkəzinə düşüb.

Mateo Floridada "İnter Mayami"nin yeniyetmələr arasında təşkil etdiyi "Freedom Cup" futbol turnirində inanılmaz qola imza atıb. Balaca Messinin qayçıvari qolu möhtəşəm alınıb və sosial şəbəkələrdə maraqla izlənilib.

Qeyd edək ki, Messi formasını geyindiyi "İnter Mayami"nin heyətində 6 matç keçirib, 1 qol vurub, 2 məhsuldar ötürmə edib.

Məqalədə: