“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopez Kataloniya klubunun kapitanı olmaq arzusundan danışıb.
İdman.Biz bildirir ki, hücumameyilli yarımmüdafiəçi daha əvvəl “blauqrana” ilə müqaviləsini 2031-ci ilə qədər uzadıb.
“Ümid edirəm ki, tarix yazacağam və bir çox titul qazanacağam. Bu, mənim çoxdankı arzumdur və ümid edirəm ki, yaxın illərdə bunu gerçəkləşdirəcəyəm.
Bir gün “Barselona”nın kapitanı olmaq istərdim. Bu, gerçəkləşən bir arzu olardı, amma hazırda bir neçə çox yaxşı namizəd var. Uşaqlıqdan bəri “Barselona” azarkeşiyəm, “Barselona” ilə yaşayıram və kapitan olmaq mənim arzumdur və əgər bu baş verərsə, çox xoşbəxt olacağam”, - Sport.es Lopezdən sitat gətirir.
O, Kataloniya klubuna 13 yaşında "Betis" akademiyasından qoşulub. Lopez “Barselona”nın böyüklər komandasında bütün yarışlarda 116 oyunda meydana çıxıb, 29 qol vurub və 22 məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 70 milyon avrodur.
