Qvardiola “Mançester Siti”dən ayrılacağı barədə rəhbərliyə məlumat verib-vermədiyini açıqlayıb

6 Fevral 2026 19:58
109
Qvardiola “Mançester Siti”dən ayrılacağı barədə rəhbərliyə məlumat verib-vermədiyini açıqlayıb

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola klubdakı gələcəyi ilə bağlı “Siti” rəhbərliyini məlumatlandırıb-məlumatlandırmadığı ilə bağlı sualları cavablandırıb.

İdman.Biz-in xəbərinə görə, daha əvvəl mediada yayılan xəbərlərdə ispaniyalı menecerin müqaviləsinin 2027-ci ilin yayına qədər olmasına baxmayaraq, cari mövsümün sonunda komandadan ayrılacağı bildirilirdi.

“Xeyr, çünki müqaviləmin daha bir ili var. 2026/2027 mövsümünün sonuna qədər qalacağammı? Bu sual bir-iki ay əvvəl verilib, siz burada deyildiniz və təkrar edirəm: bu, iki ay əvvəl verdiyim cavabla eynidir”, - deyə “City Xtra” Qvardiolanın sosial media platforması X səhifəsindəki sözlərini sitat gətirib.

İdman.Biz