Ronaldu “Əl-İttihad”la oyun üçün “Əl-Nəsr”in heyətində yer almayıb

6 Fevral 2026 21:00
71
Ronaldu “Əl-İttihad”la oyun üçün “Əl-Nəsr”in heyətində yer almayıb

Hücumçu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı Pro Liqasının 21-ci turunda “Əl-İttihad”la keçiriləcək oyun üçün “Əl-Nəsr”in heyətində yer almayıb.

İdman.Biz bildirir ki, klubun mətbuat xidməti bu barədə sosial media səhifəsində məlumat verib.

“Arriyadiyah” portalı daha əvvəl Ər-Riyad klubunun 41 yaşlı hücumçunu “Əl-Nəsr”in sahiblərindən davamlı narazılığı səbəbindən oyunda iştirak etməyə razı sala bilmədiyini bildirmişdi. Bu narazılıq qış transfer pəncərəsində yeni transferlərin olmaması, eləcə də baş direktor Xose Semedonun və idman direktoru Simão Koutinyonun vəzifəsindən kənarlaşdırılmasından irəli gəlir.

İdman.Biz