“İmperator” evə qayıdır

6 Fevral 2026 19:12
88
“İmperator” evə qayıdır

“Roma” azarkeşlərinin uzun müddətdir gözlədiyi xəbər reallığa çevrilmək üzrədir.

İdman.Biz xəbər verir ki, italiyalı insayder Nikolo Skiranın yaydığı məlumata görə, klubun rəmzi hesab olunan Françesko Totti texniki direktor vəzifəsində doğma komandasına qayıda bilər.

49 yaşlı Totti ilə klubun sahibləri olan Fridkin ailəsi arasında danışıqlar davam edir. Ona təklif olunan rol Paolo Maldininin "Milan"da Riki Massara ilə birlikdə çalışdığı dövrdəki funksiyasına bənzər olacaq. Yəni, Totti klubun rəhbərliyi ilə komanda və baş məşqçi arasında əsas bağlayıcı fiqur, həmçinin idman qərarlarında mühüm söz sahibi olacaq.

Qeyd edək ki, "İmperator" ləqəbli Totti bütün karyerasını (1992-2017) "Roma"ya həsr edib və 786 oyunda 307 qol vurub. O, daha əvvəl 2017-2019-cu illərdə klubda direktor vəzifəsində çalışıb.

İdman.Biz