Azərbaycan Kubokunun 1/4 finalında aşağı məhsuldarlıq qeydə alınıb

6 Fevral 2026 18:26
111
Azərbaycan Kubokunun 1/4 finalında aşağı məhsuldarlıq qeydə alınıb

Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları aşağı məhsuldarlıqla əlamətdar olub.

İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, dörd qarşılaşmada cəmi 4 top vurulub.

“Şamaxı” “Qarabağ”a 2:1, “Turan Tovuz” “Kəpəz”ə 1:0 hesabı ilə qalib gəlib. “Sumqayıt” - “Zirə” və “Sabah” - “Qəbələ” qarşılaşmaları qolsuz bitib. Orta məhsuldarlıq 1,00-a bərabərdir.

Bu, 4 matçın keçirildiyi ilk oyunlar üçün antirekordun təkrarıdır. Elə ötən mövsümdə də eyni sayda qol qeydə alınıb - “Səbail” – “Qarabağ” - 0:1, “Sabah” - “Sumqayıt” - 0:0, “Kəpəz” - “Neftçi” - 0:2, “Araz-Naxçıvan” - “Zirə” - 1:0.

Bunadək isə 2004/2005 mövsümündə də 1/4 finalın ilk 4 görüşü 4 qolla bitib - “Neftçi” - “İnter” - 0:0, “Gənclərbirliyi” - “MKT-Araz” - 0:0, MOİK - “Xəzər Lənkəran” - 0:1, “Karat” – “Bakı” – 1:2.

Düzdür, bu raundda daha az - cəmi 2 qol vurulması da olub. Amma 1997/1998 mövsümündə 1/4 finalın ilk oyunlarından üçü baş tutub, birində isə texniki nəticə qeydə alınıb. Orta məhsuldarlıqda antirekord olsa da, ümumi oyun sayı da az olub - “Dinamo” - “Qarabağ” - 0:0, “Kəpəz” - “Bakılı” - 0:0, MOİK - “Neftçi” - 1:1, “Pambıqçı” (Bərdə) – “Kür-Nur” - -:+.

Qeyd edək ki, 1/4 finalın cavab oyunlarında da ən az qolun qeydə alındığı mövsümlərdə 4 top vurulub. 1996/1997 və 1999/2000 mövsümlərində belə aşağı məhsuldarlıq yaşanıb.

İdman.Biz