“Mançester Yunayted” hazırda “Barselona”da icarədə olan hücumçu Markus Reşfordun yerinə başqa oyunçu axtarır.
İdman.Biz TEAMtalk-a istindən bildirir ki, “qırmızı şeytanlar” iki potensial hədəf müəyyən edib.
Mənbənin məlumatına görə, birinci variant “RB Leypsiq”in 19 yaşlı cinah oyunçusu Yann Diomandedir. “Mankunianlılar” kot-d'ivuarlını almaq üçün 100 milyon avro lazım ola bilər.
İkinci namizəd “Everton”un 25 yaşlı cinah oyunçusu İlimane Ndiayedir. Transfermarkt-ın məlumatına görə, seneqallı oyunçunun bazar dəyəri 45 milyon avrodur. Lakin TEAMtalk vurğulayır ki, “Everton” daha böyük məbləğ tələb edə bilər.
Daha əvvəl “Barselona”nın Reşfordu “Mançester Yunayted”dən 30 milyon avroya almağa hazır olduğu bildirilirdi.
