İngiltərə Premyer Liqasının 25-ci turunun “Lids Yunayted” və “Nottinqem Forest” komandaları arasında keçirilən oyun başa çatıb.
İdman.Biz bildirir ki, oyun Lidsdəki “Elland Roud” stadionunda baş tutub. Meydan sahibləri oyunu 3:1 hesabı ilə qazanıb.
“Lids”in müdafiəçisi Ceyden Boql 26-cı dəqiqədə hesabı açıb. 30-cu dəqiqədə Noa Okafor “Lids”in ikinci qolunu vurub. İkinci hissənin 49-cu dəqiqəsində hücumçu Dominik Kalvert-Levin hesabı 3:0 edib. Qonaq komandanın hücumçusu Lorenzo Lukka 86-cı dəqiqədə buraxılan qollardan birinin əvəzini çıxıb.
Bu oyundan sonra “Lids Yunayted” Premyer Liqa turnir cədvəlində 29 xalla 16-cı, “Nottingem Forest” isə 26 xalla 17-ci yerdədir.
