Fransa Liqa 1-in 21-ci turunun “Mets” və “Lill” komandaları arasında keçirilən oyun başa çatıb.
İdman.Biz bildirir ki, komandalar “Stade Saint-Symphorien” stadionunda (Mets, Fransa) oynayıblar.
Oyun 0:0 hesablı heç-heçə ilə bitib.
Fransa liqasında 21 oyundan sonra “Lill” 33 xala malikdir və turnir cədvəlində beşinci yerdədir. “Mets” 13 xalla 18-ci yerdə qərarlaşıb.
