Almaniya Bundesliqasının 21-ci turunun “Union Berlin” və “Ayntraxt Frankfurt” komandaları arasında keçirilən oyun başa çatıb.
İdman.Biz xəbər verir ki, matç Berlindəki “Stadion An der Alten Försterei” stadionunda baş tutub. Oyun 1:1 hesablı heç-heçə ilə bitib.
Oyunun ilk qolunu Nataniel Braun 84-cü dəqiqədə vurub. İki dəqiqə sonra “Ayntraxt”ın yarımmüdafiəçisi “Union”un oyunçusu Leopold Kverfeld 87-ci dəqiqədə penaltidən hesabı bərabərləşdirib.
Almaniya liqasında 21 oyundan sonra “Ayntraxt”ın 28 xalı var və turnir cədvəlində yeddinci yerdədir. “Union” 25 xal qazanaraq doqquzuncu yerdə qərarlaşıb.
