"Liverpul" – "Arsenal": hərəyə 1 qol və 1 xal

Xəbərlər
23 Dekabr 2023 23:34
169
"Liverpul" – "Arsenal": hərəyə 1 qol və 1 xal

İngiltərə Premyer Liqasının 18-ci turunda liderlər qarşılaşıblar.

İdman.biz xəbər verir ki, “Arsenal” səfərdə “Liverpul”un qonağı olub.

Qarşılaşmada tərəflər hərəyə bir qol vurublar. “Topçular” Qabrielin qolu ilə 4-cü dəqiqədə hesabı açıblar. Meydan sahibləri isə fasiləyədək Salahın sayəsində bərabərlik topunu vurublar. Nəticədə “Liverpul” ardıcıl ikinci matcda xal itirib. Yurgen Kloppun yetirmələri ötən turda “Mançester Yunayted”lə heç-heçə oynayıb. Mançesterlilər isə bu dəfə səfərdə “Vest Hem”ə uduzublar.

Ardıcıl üçüncü qələbəsini qazanan “Tottenhem” liderlərə yaxınlaşıb. London klubu 40 xalla birinci pillədə qərarlaşan “Arsenal”da 4 xal geri qalır.

İngiltərə Premyer Liqası
18-ci tur

Vest Hem – Mançester Yunayted – 2:0
Fulhem – Bernli – 0:2
Luton – Nyukasl – 1:0
Nottingem Forest – Bornmut – 2:3
Tottenhem – Everton – 2:1
Liverpul – Arsenal – 1:1

İdman.biz