“Mançester Yunayted” 31 ildən sonra 4 oyunda qol vurmayıb

Xəbərlər
23 Dekabr 2023 19:41
119
“Mançester Yunayted” 31 ildən sonra 4 oyunda qol vurmayıb

“Mançester Yunayted” İngiltərə Premyer Liqasında növbəti dəfə uduzub.

İdman.biz xəbər verir ki, “qırmızı şeytanlar” səfərdə “Vest Hem”ə 0:2 hesabı ilə məğlub olublar.

Mançester klubu ardıcıl 4-cü oyunda meydanı qol vurmadan tərk edib. Sonuncu dəfə belə hadisə 31 il əvvəl yaşanıb. Mankuianlılar uğursuz seriyanı 1992-ci ilin noyabrında yaşayıblar.

“Mançester Yunayted” sonuncu dəfə dekabrın 6-da “Çelsi” (2:1) ilə görüşdə rəqib qapıçını məyus edib. Bundan sonra “Bornmut” (0:3), “Bavariya” (0:1), “Liverpul” (0:0) və “Vest Hem”lə (0:2) görüşlərdə komanda qol vura bilməyib.

Qeyd edək ki, “qırmızı şeytanlar” növbət qarşılaşmada “Aston Villa” üz-üzə gələcək. Oyun dekabrın 26-da keçiriləcək.

İdman.biz

Məqalədə: