Osimhen daha bir il “Napoli”də

Xəbərlər
23 Dekabr 2023 18:31
150
Osimhen daha bir il “Napoli”də

“Napoli” və forvard Viktor Osimhen arasında yeni müqavilə imzalanıb.

İdman.biz xəbər verir ki, razılaşma 2026-cı ilin yayınadək nəzərdə tutulub.

Bu barədə klub rəsmi açıqlama verib. Açıqlamada deyilib: “Viktor və “Napoli” 2026-cı ilədək birlikdə”. Nigeriyalı futbolçu ilə əvvəlki müqavilə 2025-ci ilin yayında bitəcəkdi.

Qeyd edək ki, Osimhen 2020-ci ildə “Lill”dən transfer olunub. O, komandanın heyətində 118 oyunda 67 qol və 17 ötürmə ilə yadda qalıb.

İdman.biz

Məqalədə: