Qavi Yamalı təriflədi: “Bütün zamanların ən yaxşılarından biri ola bilər”

23 Sentyabr 2026 03:34
26
Qavi Yamalı təriflədi: “Bütün zamanların ən yaxşılarından biri ola bilər”

“Barselona”nın futbolçusu Qavi komanda yoldaşı Lamin Yamalın oyunu barədə danışıb.

İdman.biz “Men’s Health”ə istinadən xəbər verir ki, Qavi Yamalın məşqlərdə onu daha çox təəccübləndirdiyini bildirib.

“O, inanılmazdır, hətta adi haldan da artıq. Bu oyunda dəhşətli dərəcədə yaxşıdır, məşqlərdə isə insanı daha da çox təəccübləndirir.

Mən sadəcə ümid edirəm ki, o, inkişaf etməyə davam edəcək. O, özü hansı zirvəyə çata biləcəyini bilir, bütün zamanların ən yaxşı futbolçularından biri ola bilər. Lakin əsas odur ki, onda doğru mentalitet var, bu isə indi hər şeydən vacibdir. O, nə istədiyini dəqiq anlayır.

Onun qabağında uzun bir karyera var və hər gün eyni ruhda davam etmək lazımdır. Hər halda, artıq dediyim kimi, yalnız indiki zaman əhəmiyyət kəsb edir, onu isə bundan sonra hər gün lupa altında nəzərdən keçirəcəklər”, – Qavi vurğulayıb.

Qeyd edək ki, Yamal ötən mövsümün nəticələrinə əsasən “Qızıl top”a namizədlər sırasındadır. Mükafatlandırma mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.

İdman.Biz