Kilian Mbappenin ətrafı “Qızıl top” səsverməsində seçicilərin 20 faizinin yerləşdiyi Afrika qitəsini əhatə etmək məqsədilə Fransa Beynəlxalq Radiosuna (RFI) müsahibə üçün müraciət edib.
İdman.Biz “France TV”-yə istinadəb xəbər verir ki, Mbappenin ətrafı jurnalistdən müsahibə zamanı onun “Qızıl top”dakı rəqibləri olan digər fransalı futbolçuların adını çəkməməyi, həmçinin Seutadakı miqrasiya böhranı və Fransa siyasəti kimi həssas mövzulara toxunmamağı xahiş edib.
Qeyd edək ki, 2026-cı il “Qızıl top” mükafatının təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.
