“Mançester Yunayted” və “Liverpul” eyni müdafiəçi uğrunda mübarizəyə hazırlaşır

23 Sentyabr 2026 01:54
44
“Mançester Yunayted” və “Liverpul” eyni müdafiəçi uğrunda mübarizəyə hazırlaşır

“Mançester Yunayted” və “Liverpul” “Kristal Palas”ın futbolçusu Tayrik Mitçellə maraqlanırlar.

İdman.biz TEAMtalk-a istinadən xəbər verir ki, hər iki klub 27 yaşlı futbolçunu qış transfer pəncərəsində heyətinə qatmaq variantını nəzərdən keçirir.

Mitçellin 2027-ci ilin yayında azad agent olacağı gözlənilir. Bu isə “Mançester Yunayted” və “Liverpul”a futbolçunu daha aşağı məbləğə transfer etmək imkanı yarada bilər. Bununla belə, “Kristal Palas” müdafiəçi ilə müqaviləni uzatmağa çalışır.

Mitçell cari mövsümdə bütün turnirlərdə 6 oyunda iştirak edib və 2 qol vurub.

“Transfermarkt”ın məlumatına görə, onun bazar dəyəri 25 milyon avrodur (50 milyon manat).

İdman.Biz