Hakimlərə hörmət müzakirə olundu, Mourinyo iclasa qatılmadı

23 Sentyabr 2026 01:35
35
Hakimlərə hörmət müzakirə olundu, Mourinyo iclasa qatılmadı

İspaniya Kral Futbol Federasiyasının (RFEF) təşkil etdiyi Məşqçilər Komitəsinin Las-Rosas şəhərində keçirilən iclasında Joze Mourinyo iştirak etməyib.

İdman.biz “Marca”ya istinadən xəbər verir ki, tədbirdə RFEF-in Hakimlərin Texniki Komitəsinin (CTA) prezidenti Fran Soto çıxış edib. O, hakimlərə hörmətin vacibliyini vurğulayıb və məşqçilərdən hakim obrazının daha da humanistləşdirilməsi üçün “öz komandalarının məsulları kimi empatik olmalarını” xahiş edib.

İclasda iştirak etməyən digər diqqətçəkən mütəxəssis Manuel Pelleqrini olub.

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik isə tədbirə qatılıb. Lakin almaniyalı mütəxəssis komandanın axşam məşqində iştirak etmək üçün iclası erkən tərk edib.

İdman.Biz