Arbeloa yaxın vaxtlarda istefaya göndərilə bilər

1 Fevral 2026 05:09
291
Arbeloa yaxın vaxtlarda istefaya göndərilə bilər

“Real Madrid”in baş məşqçisi Alvaro Arbeloa tezliklə istefaya göndərilə bilər.

İdman.Biz bildirir ki, İspaniyalı məşqçi klubu Çempionlar Liqasının son oyun günündə “Benfika”ya 4:2 hesabı ilə məğlub olduqdan sonra sərt tənqidlərlə üzləşib. Bu məğlubiyyət “Los Blancos”a 1/8 finala birbaşa vəsiqə qazanmağa mane olub.

MatchDay Central-ın məlumatına görə, Madrid klubu pley-off mərhələsində “Benfika”ya uduzsa, Arbeloa fevral ayında istefaya göndərilə bilər.

“Real Madrid”in Joze Mourinyonun komandası ilə oyunları 17 və 25 fevral tarixlərinə planlaşdırılıb. Arbeloa 12 yanvarda Xabi Alonsonu əvəz edərək məşqçi vəzifəsinə başlayıb.

İdman.Biz