Almaniyanın “Bayer” (Leverkuzen) futbol komandası Bundesliqanın altıncı turunda “Frayburq”u 2:1 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, “BayArena” stadionunda keçirilən qarşılaşmada hesabı qonaqlar açıblar.
14-cü dəqiqədə Derri Şerhant fərqlənərək “Frayburq”u önə keçirib. Lakin meydan sahiblərinin cavabı özünü çox gözlətməyib. 19-cu dəqiqədə İbrahim Maza tarazlığı bərpa edib.
İlk hissə 1:1 hesabı ilə başa çatıb.
İkinci hissədə hər iki komanda qələbə qolunu vurmağa çalışıb. Qarşılaşmanın taleyini isə 76-cı dəqiqədə Patrik Şik həll edib. Çexiyalı hücumçu topu rəqib qapısından keçirərək “Bayer”ə üç xal qazandırıb.
